Samuxda sərxoş halda mikroavtobusla avtoxuliqanlıq edən şəxs SAXLANILIB - FOTO

Samuxda sərxoş halda mikroavtobusla avtoxuliqanlıq edən şəxs SAXLANILIB - FOTO

Hazırda oxunan: Samuxda sərxoş halda mikroavtobusla avtoxuliqanlıq edən şəxs SAXLANILIB - FOTO
169099
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində sərxoş halda sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Səyavuş İmanov idarə etdiyi “Ford” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması üzə çıxıb.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə S.İmanov sürücülük hüququndan bir il müddətinə məhrum olunmaqla 15 sutka müddətinə inzibati qaydada həbs edilib.

Samuxda sərxoş halda mikroavtobusla avtoxuliqanlıq edən şəxs SAXLANILIB - FOTO - foto 3
/

Samuxda sərxoş halda mikroavtobusla avtoxuliqanlıq edən şəxs SAXLANILIB - FOTO - foto 1
Samuxda sərxoş halda mikroavtobusla avtoxuliqanlıq edən şəxs SAXLANILIB - FOTO - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO