Masallıda qaydaları pozan sürücülər cəzalandırıldı - FOTO 

Masallıda qaydaları pozan sürücülər cəzalandırıldı - FOTO 

Hazırda oxunan: Masallıda qaydaları pozan sürücülər cəzalandırıldı - FOTO 
168364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, baş verə biləcək qəza hadisələrinin qarşısının alınması məqsədilə Masallıda dövlət yol polisi əməkdaşları tərəfindən növbəti profilaktik tədbirlər keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən tədbirlər zamanı kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, o cümlədən avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilə edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən, yükdaşıma və sərnişindaşıma qaydalarını pozan sürücülər aşkarlanıb.

Profilaktik tədbirlər zamanı həmçinin dayanma-durma qaydalarını pozaraq digər nəqliyyat vasitələri və piyadaların hərəkətinə maneə yaradan sürücülər də müəyyən edilərək barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Sürücü və sərnişinlərin mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə bu kimi profilaktiki tədbirlər mütəmadi şəkildə davam etdiriləcək. 

Masallıda qaydaları pozan sürücülər cəzalandırıldı - FOTO  - foto 1
Masallıda qaydaları pozan sürücülər cəzalandırıldı - FOTO  - foto 2
Masallıda qaydaları pozan sürücülər cəzalandırıldı - FOTO  - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO