Gəncədə toyda bıçaqlananların sayı ARTDI 

Gəncədə toyda bıçaqlananların sayı ARTDI 

Hazırda oxunan: Gəncədə toyda bıçaqlananların sayı ARTDI 

168303

Gəncədə toyda düşən dava zamanı bıçaqlanan şəxslərin sayı üçə çatıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, xəsarət alan 3-cü şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir. 
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə toy qanla bitib - Bıçaqlananlar var


Yaralı özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Bizim.Media-nın yerli bürosuna verdiyi məlumata görə, dünən gecə saatlarında şəhərin şadlıq evlərindən birində toyda düşən dava zamanı Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. 

Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO