Gəncədə toy qanla bitib - Bıçaqlananlar var

Hazırda oxunan: Gəncədə toy qanla bitib - Bıçaqlananlar var

168284

Gəncədə toyda kütləvi dava sonda xəsarətlə nəticələnib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhərin Mahrasa bağı qəsəbəsində şadlıq evlərindən birində toyda qız evi ilə oğlan evinin qonaqları arasında mübahisə düşüb. 

Şahidlərin sözlərinə görə, dava zamanı bir neçə nəfərə bıçaq xəsarəti yetirilib. 

Zərərçəkənlər şəhərin xəstəxanalarından birinə çatdırılıb. Onların şəxsiyyəti və hadisənin baş vermə səbəbi hələlik məlum deyil. 

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO