Şəhid olduğu deyilən əsgərin səsi Şuşadan gəldi – FOTO 

Şəhid olduğu deyilən əsgərin səsi Şuşadan gəldi – FOTO 

Hazırda oxunan: Şəhid olduğu deyilən əsgərin səsi Şuşadan gəldi – FOTO 
16781
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sosial şəbəkələrdə, Vətən müharibəsində şəhid olduğu bildirilən Elvin Quliyev sağ-salamatdır.

Bizim.Media-ya bu barədə Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan leytenant Rəsul İbrahimli məlumat verib.

R.İbrahimli şəhid olduğu deyilən əsgərin adının Elvin yox, Ülvi olduğunu da bildirib. Qeyd edib ki, əsgər Quliyev Ülvi hazırda Şuşada hərbi xidmətini davam etdirir.

Rəsul İbrahimli vurğulayıb ki, sosial şəbəkələrdə, o cümlədən onlayn mediada bu tipli yanlış, dəqiqləşdirilməmiş məlumatların yayılması qəbuledilməzdir:

"Belə yalan məlumatı yayan şəxslər özlərini həmin əsgərlərin valideynlərinin yerinə qoysalar, necə böyük günah işlədiklərinin fərqinə vara bilərlər bəlkə. Əsgər və zabitlərimiz barəsində yalan məlumat yayanlarla bağlı aidiyyəti qurumlar ölçü götürsələr, belə xəbərlərin qarşısı alınar". (Dominant.az)

Bizim.Media

Şəhid olduğu deyilən əsgərin səsi Şuşadan gəldi – FOTO  - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO