Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTO

Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTO

Hazırda oxunan: Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTO
167782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda 15-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən Bizim.Media-ya məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı İrfan Özsertin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığa müsbət təsiri və bu əlaqələrin uğurla davam etdirildiyi vurğulanıb.
Keçirilən birgə təlimlər və qarşılıqlı icra olunan fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinə əminlik ifadə olunub. Həmçinin əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən hərbi, hərbi-texniki məsələlərə dair geniş müzakirələr aparılıb.

Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı müdafiə naziri general-polkovnik Zakir Həsənovun adından ordu generalı İ.Özsertə təqdim olunub.

Sonra Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində həmsədrlər rəhbərlik etdikləri nümayəndə heyəti ilə birgə Hərbi Dialoq İclasına başlayıblar. Yüksək Səviyyəli Hərbi Dialoq İclası dekabrın 8-dək davam edəcək.

Bakıda Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO