Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO

Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO

Hazırda oxunan: Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO
163496
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bizim.Media-nın  04.10.23 tarixli, "Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı”  sərlövhəli yazıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 4 gün sonra müsbət reaksiya verib. Bu gün nazirliyin xətti ilə qoyunçuluqla məşğul olan şirkətin nümayəndələri Xaçmazın Hacıqazma kəndində olublar.  

Bu barədə Bizim.Media-ya şikayətçi Ələddin Talıbov açıqlama verib. Onun sözlərinə görə, gözləmədiyi halda gələn nazirliyin  əməkdaşları onu sevindirib:
 

MÖVZU İLƏ BAĞLI:

Özünüməşğulluq proqramı ilə aldığı qoyunlar xəstə çıxdı – Xaçmaz sakinindən ŞİKAYƏT – FOTO/VİDEO 


"Mənim təsərrüfatımda ölən 5 qoyunun əvəzinə 5 sağlam quzu gətirdilər. Sağlamdırlar, böyüdüb inkişaf etdirəcəm“.

Ələddin Talıbov təsərrüfatında olan 3 xəstə və yaşlı qoyunun da sağlam və cavan heyvanla əvəzləndiyini bildirib.    

Birinci Qarabağ Müharibəsi iştirakçısı olan Ələddin Talıbov nazirliyə təşəkkürünü bildirib və bu addımın onlar  üçün  Zəfər günündə  ikiqat sevincli olduğunu deyib.  

Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO - foto 1
Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO - foto 2
Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO - foto 3
Bizim.Media YAZDI – Xaçmazlı fermerin problemi HƏLL OLUNDU – FOTO - foto 4

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO