"Mənim nağıl kitabım" layihəsi başa çatdı - FOTO

Hazırda oxunan: "Mənim nağıl kitabım" layihəsi başa çatdı - FOTO
161909
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"YeniSi" Ədəbiyyat və Mədəniyyət Təzahürləri İctimai Birliyinin "Mənim nağıl kitabım" adlı layihəsi başa çatıb.  

Bizim.Media xəbər verir ki, layihənin həyata keçirilməsində əsas məqsəd uşaqlar və yeniyetmələr arasında oxu mədəniyyətinin təbliğ edilməsi, mütaliə imkanlarının genişləndirilməsi, kitabın və bilginin uğur qazanmaq üçün ictimai faydasının təşviq edilməsidir.

Layihə çərçivəsində Bakı şəhərində yerləşən üç orta məktəbdə uşaqların yaxşı tanıdığı şəxslərin iştirakı ilə görüş və debat keçirilib, şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə edilib.

Layihədə Azərbaycan Respublikası Elm və Təhsil nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, naşir Şahbaz Xuduoğlu və futbolçu Qara Qarayev iştirak edib.

Görüşlər şagirdlərin marağına səbəb olub. İştirakçılarla maraqlı debat və müzakirələr aparılıb. Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2023-cü ilin kiçik qrant müsabiqəsi çərçivəsində həyata keçirilib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO