Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Quba Soyqırımı Memorial Kompleksində - FOTO  

Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Quba Soyqırımı Memorial Kompleksində - FOTO  

Hazırda oxunan: Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Quba Soyqırımı Memorial Kompleksində - FOTO  

161902

Qubada səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının rəhbəri Erol Özvar və Quba rayon icra başçısı Quba Soyqırımı Memorial Kompleksində olublar. 

Bizim.Media xəbər verir ki, ziyarətçilər əvvəlcə 1918-ci il soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzüblər. 

Sonra kompleksdəki muzeyə baxış keçirilib. Qonaqlara erməni vandallarının 1918-ci ildə Azərbaycanda törətdiyi insanlığa sığmayan cinayət əməlləri barədə ətraflı məlumat verilib. Sonda ziyarətçilərə soyqırımı hadisələrindən bəhs edən kitab, bukletlər, eləcə də kompleksin 10 illik fəaliyyətinə həsr olunmuş hesabat kitabçası təqdim edilib. 








Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO