Sumqayıtda evə silahlı HÜCUM: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Sumqayıtda evə silahlı HÜCUM: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Hazırda oxunan: Sumqayıtda evə silahlı HÜCUM: Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

161858

Sumqayıtda evə silahlı hücum zamanı yaralanan şəxslərin adları məlum olub. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, xəstəxanaya hadisədən zərər çəkən 4 nəfər yerləşdirilib. 

Bunlar 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev, 1960-cı il təvəllüdlü Tərlan Qulu qızı Fərəcova və Türkiyə vətəndaşı Sərkan Karakaşdır. 

Onlara lazımi tibbi yardım göstərilir, vəziyyətləri ağır olaraq qalır. 

*** 09:10

Sumqayıtda evə silahlı hücum olub, ölən və yaralananlar var. 

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə 16 mikrorayonda yerləşən Corat bağları yaşayış massivində, fərdi yaşayış evində baş verib. 

Belə ki, evə ov tüfəngi ilə silahlı hücum zamanı ailənin 2 üzvü - Dağbəyi Fərəcov, Suzana Karakaş hadisə yerində ölüblər. İnsident zamanı Türkiyə vətəndaşı Sərkan Karakaş və Tərlan Fərəcova ağır yaralanıblar. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili yardım briqadası cəlb olunub. 

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO