Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən “reket”x9d jurnalistlərlə bağlı Moderator.az -a olduqca ilginc informasiya daxil olub.xa0
Özəl mənbədən verilən məlumata görə, saxlanılan “reket”x9d jurnalistlər məmur və iş adamlarını heç də sadəcə rəhbərlik etdikləri mətbu orqanlar vasitəsi ilə şantaj etməyib. Onlara bu işdə bəzi məhkəmə sədrləri və güc orqanlarında çalışan müxtəlif vəzifəli şəxslər kömək edib. Məhz bu səbəbdən də “reket”x9d jurnalistlər çoxlu sayda qanunsuz əməllərə yol verdikləri halda bu günə qədər məsuliyyətdən kənarda qala biliblər. xa0
Bilgili mənbənin sözlərinə görə, bəzi hallarda məhkəmə sədrləri və güc orqanındakı bəzi şəxslər şikayətçiləri məqsədli şəkildə “reket”x9d jurnalistlərə, “reket”x9d jurnalistlər isə öz növbəsində qarşı tərəfə istiqamətləndirib, koordinasiyalı iş apararaq öz qurbanlarını çıxılmaz vəziyyətə salıb və beləliklə də onlardan istədikləri məbləği qopara biliblər.xa0
Mənbənin məlumatına görə, həbs edilən “reket”x9d jurnalistlərin media cameəsindəki əlaqələri ilə yanaşı məhkəmə və güc orqanlarındakı əlaqələri də ciddi şəkildə araşdırılmaqdadır. Bu isə o deməkdir ki, yaxın günlərdə vətəndaşların şantaj edilməsində iştirak edən bəzi hakim və güc orqanı təmsilçiləri də bundan sonrakı sabahlarını DTX təcridxanasında aça bilər.xa0
































































































