Daha 83 sakin Laçına QAYIDIR – FOTO  

Daha 83 sakin Laçına QAYIDIR – FOTO  

Hazırda oxunan: Daha 83 sakin Laçına QAYIDIR – FOTO  
160684
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabrın 20-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 23 ailə (83 nəfər) köçürülür. 

Bizim.Media xəbər verir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmalarına imkan yaranıb. 

Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi dərin ehtiramla yad ediblər. 

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. 
Bununla da Laçın şəhərində 295 ailənin (1135 nəfər) daimi məskunlaşması təmin ediləcək. 

Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 1
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 2
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 3
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 4
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 5
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 6
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 7
Daha 83 sakin Laçına QAYIDIR – FOTO   - foto 8

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO