Mehdiabad-Pirşağı yolunda yük avtomobili aşdı - ÖLƏN VAR

Mehdiabad-Pirşağı yolunda yük avtomobili aşdı - ÖLƏN VAR

Hazırda oxunan: Mehdiabad-Pirşağı yolunda yük avtomobili aşdı - ÖLƏN VAR

160359

Mehdiabad-Pirşağı avtomobil yolunda yük avtomobili ilə minik avtomobili toqquşub, bir nəfər ölüb.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, həmin yolda hərəkətdə olan sürücü Rasim Məmmədov idarə etdiyi "Mercedes" markalı beton qarışdıran yük avtomobili ilə hərəkətdə olarkən, qarşıda olan yol ayrıcından yolun sağ tərəfindən çıxıb hərəkətə başlayan sürücü Rəşad Qurbanlının idarǝ etdiyi BMW markalı minik avtomobili ilə toqquşub.

Daha sonra yük avtomobili sol yanı üstə aşaraq sürüşüb yolun sol hissəsində olan avtobus dayanacağına çırpılıb.

Çırpıldıqdan sonra avtobus dayanacağı uçub sökülərək həmin dayanacaqda dayanan piyada 1970-ci il təvəllüdlü Balaca Məmmədovanın üzərinə aşıb.

Nəticədə S.Məmmədova aldığı xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-nin İş-də CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmaqla istintaq aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO