Bakının mərkəzində yanan avtomobil məşhur aparıcının İMİŞ... – VİDEO  

Bakının mərkəzində yanan avtomobil məşhur aparıcının İMİŞ... – VİDEO  

Hazırda oxunan: Bakının mərkəzində yanan avtomobil məşhur aparıcının İMİŞ... – VİDEO  
159006
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib. Yanğın nəticəsində “Chevrolet Cruze” markalı minik avtomobilinin yanar hissələri və “Toyota Corolla” markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb.  

Şahidlərin Bizim.Media-ya verdiyi məlumatda bildirilir ki, “Chevrolet Cruze” markalı maşında iki nəfər yatmış vəziyyətdə olub: 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda iki avtomobil YANDI – YENİLƏNİB - FOTO/VİDEO 


“Partlayış səsinə avtomobildəki iki nəfər düşüb qaçıb. Partlayış səbəbindən yanğın qarşıdakı “Toyota Corolla” markalı minik maşınına keçib. Bundan başqa yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış “Merseses-Benz” markalı maşına çırpılıb.

Onu da qeyd edim ki, “Toyota Corolla” markalı minik avtomobili AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur”. 

Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğın söndürülüb. Hazırda hadisə müvafiq qurumlar tərəfindən araşdırılır. 
 


Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO