Qudyalçay körpüsünün uçması sürücülərə problem yaradıb: DETALLAR - FOTO-VİDEO

Qudyalçay körpüsünün uçması sürücülərə problem yaradıb: DETALLAR - FOTO-VİDEO

Hazırda oxunan: Qudyalçay körpüsünün uçması sürücülərə problem yaradıb: DETALLAR - FOTO-VİDEO

158417

Xaçmaz şəhərindən keçən Qudyalçay körpüsünün uçması bu yoldan  istifadə edən sürücülərə və insanlara əlavə problem yaradıb. Sentyabıın 15-də körpü uçandan sonra  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  sürücülərə alternativ yol kimi Xaçmaz-Quba yolunun rayonun Armudpadar və Qımılqışlaq kəndlərindən keçən  çınqıllı yol təklif edilib. Xanarx kanalının kənarı ilə çəkilən bu yol illərdir istifadə edilmədiyindən yararsız vəziyyətdə olub. 

Bizim.Media xəbər verir ki, uçqundan sonra bu yol genişləndirilib və yola çınqıl döşənib.

Yolun Qımılqışlaq kəndindən keçən hissəsinə yenidən asfalt döşənib və asfalt olan bəzi hissələr bərpa edilib.

Bununla belə alternativ yol buradan istifadə edən nəqliyyat vasitələrinin sürücülərini qane etmir. Onlar yolun çınqıl olan 5 km 300 metr olan hissəsinin də asfaltlanmasını istəyirlər.

Bizim.Media-ya müraciət edən sürücülər  yeni körpü istifadəyə verilənədək  bu yolda gediş-gəlişin asanlaşması üçün  asfalt vurulmasının vacibliyini deyirlər. Çünki pik saatlarında bu yolda böyük növbə yaşanır.

Bizim.Media-nın əməkdaşı həmin yolda olarkən hərəkətin çətin olduğunu müşahidə edib. Körpünün uçması səbəbindən salınan alternativ yol təkcə sürücüləri yox, sərnişinləri də narahat edir. Onlar da taksi və sərnişin avtobusunda gediş haqqının artdığını deyirlər. 

Məlumata görə, əvvəl Xudat-Xaçmaz marşrutu üzrə 1 nəfər üçün taksi 1 manat 50 qəpik idisə, indi 3 manat olub. Xudat-Xaçmaz marşrutu üzrə əvvəl 1 nəfər üçün qiymət 80 qəpik idisə, indi 1 manata qalxıb.

Alternativ yolun asfaltlanması səslənən problemlərin aradan qalxmasına səbəb olar. Üstəlik hesab edirik ki, bu yol istifadəyə veriləndən sonra da istifadə edilə bilər.
Xaçmazın və Qubanın yaxınlıqdakı kəndlərinə və Quba istiqamətinə gedən sürücülər bu yoldan həmişə istifadə etsələr, Xaçmaz şəhərində pik saatlarda növbə də azalar.

Hələliksə isə yeni körpünün inşası sürətlə davam edir. Bunu ərazidə olan  zaman müşahidə  etdik.

Xaçmaz RİH başçısının 1-ci müavini Anar Oruclu Bizim.Media-ya açıqlamasında bildirib ki, körpüdə iş sürətlə gedir.

Hazırda Qudyalçayın hər iki istiqamətinə svaylar vurulub. Çayın içində də svay vurularaq beton döşənməsi işləri aparılır. 

İş bu ritmlə getsə, noyabrın sonuna tikintinin tamamlanaraq körpünün hazır olması gözlənilir.















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO