Ermənilərin Xankəndidəki qondarma

Ermənilərin Xankəndidəki qondarma "xaçı" söküldü - FOTO/VİDEO

Hazırda oxunan: Ermənilərin Xankəndidəki qondarma "xaçı" söküldü - FOTO/VİDEO

158100

Xankəndi yaxınlığındakı yüksəkliklərdən birində separatçıların ucaltdığı qondarma "işıqsaçan xaç" sökülüb.

Bizim.Media xatırladır ki, rus "sülhməramlı"ları Qarabağdakı "rus icması"nın üzvləri ilə birlikdə həmin xaçın yanında qürurla fotolar çəkdirib.

Bu haqda Xankəndidən köçən erməni bloger David Simonyan məlumat və videogörüntü paylaşıb.

Dəmirdən quraşdırılmış bu xaç simvolu 2017-ci ildə Xocalı rayonunun "Daşuşen" adlandırılmış Daşkənd kəndində ucaldılmışdı. Hündürlüyü 50 metr idi. Uca təpədə yerləşdiyindən xaç Xankəndinin hər tərəfindən görünürdü.  

Abidə xüsusən gecələr işıqları yanarkən daha aydın görünürdü. Ermənilər hesab edirdi ki, bu, Avropada ikinci hündür xaçdır.

Bu xaçın qanunsuz şəkildə quraşdırılması, onun yanına yol çəkilməsi nəticəsində hektarlarla meşə məhv edilərək ekologiyamıza da zərər vurulub.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO