Şəhid Vüsal Orucovun anası: “Vətən sağ olsun” - FOTO-VİDEO

Şəhid Vüsal Orucovun anası: “Vətən sağ olsun” - FOTO-VİDEO

Hazırda oxunan: Şəhid Vüsal Orucovun anası: “Vətən sağ olsun” - FOTO-VİDEO

157810

Ötən gün Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər rayonu ərazisində düşmən snayperi ilə vurulan şəhid Vüsal Xeybalı oğlu Orucovun cənazəsi bu gün Qusar rayonunun Suvacal kəndinə gətirilib. Doğulduğu evdə ailə üzvləri və yaxınları Vüsal Orucovla vidalaşıb. 

Şəhid Vüsal Orucovun anası Gülzar Orucova Bizim.Media-ya açıqlamasında “Vətən sağ olsun, dövlətim, Prezidentim sağ olsun” deyib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Ermənilər snayperlə atəş açdı, hərbçimiz şəhid oldu


O, oğlu ilə sonuncu dəfə sentyabrın 28-də danışdığını, "Necəsən?” soruşanda "Yaxşıyam" dediyini söyləyib. 

Məğrur və qürurlu  100 metr məsafədə cənazəni şəhid məzarlığına aparanlardan biri də ana olub. Daha sonra şəhid Vüsal Orucovla Suvacal kənd qəbristanlığında  vida mərasimi keçirilib. Şəhidin ruhuna dualar oxunub. Rayon icra başçısı şəhidin ailə üzvlərinə başsağlığı verib, şəhidlərin qanının yerdə qalmayacağını deyib. 

Vüsal Orucovun cənazəsi bükülən Azərbaycan bayrağı şəhidin atası Xeyirbala Orucova təqdim edilib.

Qeyd edək ki, 19 yaşlı əsgər Vüsal Orucov ailənin 2-ci oğul övladı olub. O, Suvacal kəndinin ilk şəhidi kimi tarixə düşüb.
 

 














 

Aytəkin Alxaslı, Bizim.Media ,Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO