“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət edir

“Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət edir

Hazırda oxunan: “Kontakt” şəhid və qazi ailələrinə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət edir

157723

“Kontakt” mağazalar şəbəkəsi sentyabrın 19-u başlayan antiterror tədbirlərində şəhid olan və I qrup əlillik dərəcəsi alan hərbçilərin ailələrinə, həmçinin II qrup əlillik dərəcəsi alan hərbçilərə borc öhdəliklərinin ləğvi ilə bağlı müraciət ünvanlayıb:

“Əbədi torpaqlarımızı əzəli sahiblərinə qovuşduran bütün hərbçilərimizə sonsuz ehtiramımızı çatdırır, şəhidlərimizin ailələrinə başsağlığı, yaralılarımıza isə şəfa diləyirik.

-          Şəhid olan müştərilərimizin yaxın ailə üzvlərinə;

-          II qrup əlillik dərəcəsi alan müştərilərimizə;

-          I qrup əlillik dərəcəsi alan müştərilərimizin həm özləri, həm də yaxın ailə üzvlərinə

*6060 – Çağrı Mərkəzimizə məhsul üzrə borcların silinməsi ilə əlaqədar müraciət etmələrini xahiş edirik.

Qeyd: Yaxın ailə üzvləri dedikdə, müştərilərin valideynləri, övladları və həyat yoldaşları nəzərdə tutulur.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO