Milli Qəhrəman Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub - VİDEO

Milli Qəhrəman Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub - VİDEO

Hazırda oxunan: Milli Qəhrəman Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub - VİDEO

157711

Milli Qəhrəman Riad Əhmədov İkinci Fəxri xiyabanda dəfn olunub.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində əvvəl yaylım atəşi açılıb, hərbi orkestrin ifasında Azərbaycanın Dövlət Himni səsləndirilib.

Dəfn mərasimində Milli Qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları, dövlət qurumlarının nümayəndələri, tanınmış ziyalılar və müharibə veteranları iştirak ediblər.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur.

Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb.

1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.
 





Bizim.Media

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO