30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO 

30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO 

Hazırda oxunan: 30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO 
155777
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Şuşa rayonunun Daşaltı kəndində aşkarlanan kütləvi məzarlıqda aparılan araşdırmalar zamanı Milli Qəhrəman Riad Əhmədovun da nəşinin qalıqları tapılıb.

Riad Əhmədov kimdir?

Əhmədov Riad Fikrət oğlu 1956-cı ilin bu günü Bakıda anadan olub. Orta təhsilini 134 saylı orta məktəbdə alıb. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası İnstitutunda işləyib. 1979-1981-ci illərdə nazirlikdə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

1992-ci ildə itkin düşmüş Milli Qəhrəman Riad Əhmədovun qalıqları TAPILDI 


1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan R.Əhmədov, daha sonra təhsili ilə bağlı Minskə yollanıb. Azərbaycana qayıtdıqdan sonra - 1992-ci ildə Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib. O, Şuşa, Goranboy, Füzuli, Əsgəran, Ağdamın müdafiəsi uğrunda mübarizə aparıb. 38 əməliyyatdan uğurla çıxan Riad Əhmədov ermənilərin qorxulu yuxusuna çevrilən komandirlərdən biri kimi tanınıb.

Daşaltıda nə baş verdi?

Onun Azərbaycan hərb tarixinə adını yazdırdığı döyüş isə məşhur Daşaltı əməliyyatı olub. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub.

30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO  - foto 1

Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan tağım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

Riad Əhmədov necə şəhid oldu?

Daşaltı əməliyyatında düşmənin diqqətini yayındırmaq üçün kəndə göndərilən 11 döyüşçüdən ibarət dəstə bələdçilərin satqınlığı ucbatından düz ermənilərin üstünə gedib çıxıb və mühasirəyə düşüb. Bakıdan gələn yüksək rütbəli iki nəfər Riada deyib ki, sənin əmrin olmadığı üçün döyüşə getməyəcəksən. Onda Riad xidməti vəsiqəsini və tapançasını təhvil verib sıravi döyüşçü kimi kəşfiyyata gedəcəyini bildirib.

30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO  - foto 2

Daşaltı əməliyyatı zamanı zabitlərdən ibarət peşəkar qrup formalaşdırılıb. Bu dəstə böyük işlər görüb. Riadgil axşam saat 6-dan 11-ə kimi döyüşüblər. Riad döyüş zamanı yaralansa da, bunu cəbhə yoldaşlarına hiss etdirməyib. Əsgərlərini həvəsləndirmək üçün daimi zarafatlar edib. Döyüş yoldaşları deyir ki, Riad döyüşə yaralı formada davam edib. Lakin getdikcə sayları azalırmış.

Axrıncı dəfə onu döyüşdə möcüzə nəticəsində sağ qalmış İlyas adlı bir döyüşçü görüb. Riad ayağından yaralanıb. İlyas deyib ki, Riad, gəl səni döyüşdən çıxaraq. Razı olmayıb. Nəticədə Riadın necə şəhid olmasına heç bir döyüşçümüz şahid olmayıb.

30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO  - foto 3

Milli Qəhrəmanın xatirəsi...

Qeyd edək ki, Riad Əhmədov 7 iyun 1992-ci ildə Milli Qəhrəman adına layiq görülüb. Bakı şəhərindəki 203 nömrəli tam orta məktəb onun adını daşıyır. Onun şərəfli döyüş yolunu əks etdirən "İgidnamə" sənədli, "Qayıt Riad" bədii-sənədli və “İtirdiyimiz qəhrəman” filmi çəkilib.

Riad Əhmədovun 2 övladı yadigar qalıb.

30 ildən sonra qalıqları tapılan Milli Qəhrəman Riad Əhmədov KİM İDİ? – FOTO  - foto 4

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO