Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO

Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO

Hazırda oxunan: Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO
154026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Almaniyadakı səfirliyi və "Azərxalça" ASC-nin birgə təşkilatçılığı ilə Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan xalçalarının sərgisi təşkil edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycanın Almaniyadakı səfirliyi yayıb.

Sərginin açılışı ilə bağlı təşkil olunmuş tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak edib.

Sərgi zamanı qonaqlar üçün əsl Qarabağ xalçasının toxunma prosesi də nümayiş olunub.Sərgi iştirakçılarına xalçada öz ilmələrini atmaq imkanı yaradılıb. Qarabağ xalçasının toxunma prosesində iştirak edən hər kəsə "Azərxalça" ASC-nin xüsusi sertifikatı da təqdim olunub. 

Tədbir çərçivəsində iştirakçılara həmçinin Heydər Əliyev Fondu tərəfindən nəfis tərtibatda və alman dilində hazırlanmış Azərbaycanda xalçaçılıq sənətindən bəhs edən kitablar və bröşürlər paylanılıb, Azərbaycan xalçaçılıq sənətindən, eləcə də ölkəmizin tanınmış xalça toxucularından bəhs edən film nümayiş olunub.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan sərginin qapıları sentyabr ayının sonunadək avropalı xalça sevərlər üçün açıq olacaq, sərgi ziyarətçilərinə həmçinin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO - foto 1
Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO - foto 2
Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO - foto 3
Berlində əsl Qarabağ xalçasının toxunma prosesi nümayiş olundu - FOTO - foto 4

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO