Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb

Hazırda oxunan: Qarabağ Regional DOST Mərkəzi fəaliyyətə başlayıb
153250
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən (ƏƏSMN) məlumat verilib. 

Məlumata görə, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər. 

Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu gün ərzində Qarabağ Regional DOST Mərkəzində 208 nəfər vətəndaşa xidmət göstərilib. 

Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. 
Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO