20 ilədək ipoteka krediti ilə satılan premium mənzillər

20 ilədək ipoteka krediti ilə satılan premium mənzillər

Hazırda oxunan: 20 ilədək ipoteka krediti ilə satılan premium mənzillər

152775

“Kristal Abşeron”un premium layihəsi olan “City Garden Narimanov”da mənzillərə yenilənmiş səs izolyasiya sistemi tətbiq olunur. Yaradılan izolyasiya sistemi səs dalğalarını udaraq yumşaldır və mənzillərdəki kənar səsləri yox dərəcəsinə endirir.

İzolyasiya materialı olaraq mənzillər arası divarlarda “cellubor”dan, daxili divarlarda isə “daş yunu”ndan istifadə olunur.


“Cellubor” və “daş yunu” səs izolyasiyası imkanları ilə yanaşı istilik izolyasiyası xüsusiyyətlərinə də malikdir. Əlavə olaraq binaların fasadına da izolyasiya sistemi tətbiq olunur.

Bunun sayəsində xaricdəki kənar hava kütlələri mənzilinizə daxil olmur və mənzil daxili temperatur sabit qalır. Bu da mənzillərin enerji səmərəliliyini və istilik performansını artırır.


“City Garden Narimanov” 21 hektarlıq ərazidə inşa edilir və binalar ərazinin sadəcə 20%-ni əhatə edəcək. Qalan 80%-də, 17.3 hektarlıq ərazidə isə parklar, istirahət və oyun zolaqları, piknik və barbekü zonaları inşa edilir. 


N.Nərimanov metro stansiyasına qısa məsafədə, Heydər Əliyev prospektinin və Şəki dairəsinin yaxınlığında yerləşən kompleksin daxilindəki məktəb, bağça, ticarət və əyləncə mərkəzi, müxtəlif kafe, iaşə obyektləri sizi evinizdən uzaqlaşmadan bütün işlərinizi həll etmək imkanı ilə təmin edəcək.


Mənzillər 20 %-dən başlayan ilkin ödəniş və 20 ilədək ipoteka krediti ilə satılır. Tam təmirli və çıxarışlı mənzillərə rahat şərtlərlə sahib olub premium həyata keçid edin.

Ətraflı məlumat: *1544 və ya 050 293 10 10

www.kristalabsheron.az
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO