31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO  

31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO  

Hazırda oxunan: 31 il əvvəl Daşaltıda itkin düşən şəxsin qalıqları Xızıda dəfn olundu - YENİLƏNİB - FOTO/VİDEO  

152172

24 yaşında könüllü olaraq Birinci Qarabağ Müharibəsinə getmiş Araz Bağı oğlu Rüstəmov ata evindəki vida vərasimindən sonra Giləzi qəsəbə Şəhidlər Xiyabanında dəfn edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hərbi orkestrin sədaları altında torpağa tapşırılan Araz Rüstəmovun ruhuna dualar oxunub. 

Qeyd edək ki, bir neçə gün əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. 
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.


*** 14:23

Şuşa həbsxanası ətrafında kütləvi məzarlıqda sümükləri aşkarlanmış 15 insan qalıqlarından daha bir nəfərin - Araz Rüstəmovun tabutu Xızının Giləzi qəsəbəsinə gətirilib. 

Bizim.Media xəbər verir ki, şəhidin qalıqları olan cənazəni rayon rəhbərliyi, idarə, təşkilat rəsmiləri, sakinlər, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri qarşılayıblar. 

Şəhidin nəşi Giləzi qəsəbəsinə, doğulduğu ata evinə gətirilib.

Hazırda Araz Rüstəmovla ata evində vida mərasimi keçirilir. Vida mərasimindən sonra Araz Rüstəmov Giləzi qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılacaq. 
 
































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO