Daşaltıda meyit qalıqları aşkarlanan şəxslərdən biri dəfn olundu - FOTO

Daşaltıda meyit qalıqları aşkarlanan şəxslərdən biri dəfn olundu - FOTO

Hazırda oxunan: Daşaltıda meyit qalıqları aşkarlanan şəxslərdən biri dəfn olundu - FOTO
152026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşı Abbasov Məhərrəm Abbas oğlunun dəfn mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Məhərrəm Abbasov Nİzami rayonu Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində mərhumun yaxınları, qəsəbə sakinləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Məhərrəm Abbasov 1961-ci il 26 fevralda Ağdam rayonu Baş Qərvənd kəndində anadan olub. O, 26 yanvar 1992-ci ildə Şuşa rayonu Daşaltı kəndi ətrafında gedən döyüşlər zamanı itkin düşüb. Onun meyitinin qalıqları Vətən müharibəsindən sonra Şuşa rayonunun Daşaltı kəndindəki kütləvi məzarlıqda aşkarlanaraq müəyyənləşib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO