Oğuzda “Opel”in mühərriki yandı - VİDEO

Oğuzda “Opel”in mühərriki yandı - VİDEO

Hazırda oxunan: Oğuzda “Opel”in mühərriki yandı - VİDEO
151524
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobilin mühərrikində yanğın baş verib.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda Oğuzda müvəqqəti məskunlaşan əslən Laçın rayonundan olan Ceyhun Vəliyev idarə etdiyi “Opel” markalı, 99-RZ-025 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdəykən yanğın baş verib.

Yoldan keçənlər ilkin müdaxilə edib. Həmçinin hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. 

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsinin yanar konstruksiyaları yanıb. Xoşbəxtlikdən yanğın söndürülən zaman xəsarət alan olmayıb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. 
 


Oğuzda “Opel”in mühərriki yandı - VİDEO - foto 1

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO