Bu il əlillik təyin olunanların sayı AÇIQLANDI  

Bu il əlillik təyin olunanların sayı AÇIQLANDI  

Hazırda oxunan: Bu il əlillik təyin olunanların sayı AÇIQLANDI  

151463

Yanvar-iyul aylarında 30,1 min şəxsə əlillik təyin olunub, 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib. 

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin yanvar-iyul ayları ərzində 30,1 min şəxsə əlillik təyin edilib. Onlardan 14,7 mininə ilkin, 15,4 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Həmçinin bu ilin 7 ayında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,7 min şəxs 45,8 min reabilitasiya vasitəsi ilə təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO