Ana bağça rəhbərliyindən 15 min pul istəyib? - VİDEO 

Ana bağça rəhbərliyindən 15 min pul istəyib? - VİDEO 

Hazırda oxunan: Ana bağça rəhbərliyindən 15 min pul istəyib? - VİDEO 

150439

Bakıda yerləşən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.  

Bizim.Media xəbər verir ki, uşaq tezliklə tapılaraq bağça rəhbərliyi tərəfindən valideynə məlumat verilib. Tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb, nəzarət tədbirləri artırılıb. 

Hadisədən sonra sosial şəbəkələrdə uşağın anası Jalə Abdulovanın səs yazısı yayılıb. İddiaya əsasən, qadın bağça rəhbərliyindən pul istəyib.  

Belə ki, yayılan məlumata görə, baş verənlərdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib. O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib. 

Məsələ ilə bağlı Qafqazinfo.az ana ilə əlaqə saxlayıb.

O, açıqlamasında övladının yarım saat çöldə nəzarətsiz qaldığını bildirib:

“Mən 5-ə qalmış gəlib bağçaya çatmışam. Lakin uşaq 5-ə 25-dəqiqə işləmiş bağçadan çıxıb. 4 yaşlı övladım təxminən yarım saat çöldə nəzarətsiz qalıb.  

Bağçanın videokamerasına düşən görüntülər də var. Müəllimlər həyətdə oturublar, uşaq isə çöldə dəfələrlə yolu keçir.

Mən onlardan pul istəməmişəm, demişəm ki, burada davam edə bilmərik. Onlara bildirdim ki, gedin özəl bağça ilə danışın və övladımı ora yerləşdirin. Dəfələrlə də dedim ki, mənə pul lazım deyil. Rüsum nədirsə bağçaya ödəsinlər”. 
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO