Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin bir qrup finalçısı ilə görüşüb - FOTO 

Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin bir qrup finalçısı ilə görüşüb - FOTO 

Hazırda oxunan: Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin bir qrup finalçısı ilə görüşüb - FOTO 

150045

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 3-cü “Yüksəliş” müsabiqəsinin eksperti və bir qrup finalçısı ilə görüşüb. 

Mərkəzdən Bizim.Media-ya verilən məlumata görə, görüşdən öncə qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzey ilə tanış olublar. 

Görüş “Yüksəliş” müsabiqəsinin iştirakçıları və Mərkəz arasında təcrübə mübadiləsi aparmaq, faydalı mövzularda təlimlər təşkil etmək və sosial layihələr həyata keçirmək məqsədilə təşkil olunub. 

Görüşdə DİM-in müsabiqə zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barədə müzakirələr aparılıb. 
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO