DİN-dən fermerlərə müraciət:

DİN-dən fermerlərə müraciət: "Biçini başa çatan sahələri yandırmayın"

Hazırda oxunan: DİN-dən fermerlərə müraciət: "Biçini başa çatan sahələri yandırmayın"
148920
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili işlər Nazirliyi fermerlərə müraciət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, müraciətdə deyilir:

"Respublikamızın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.

Kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur. Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.

Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.
Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO