Sumqayıt sakinlərinə şad xəbər -Teatr mövsümü başlayır

Sumqayıt sakinlərinə şad xəbər -Teatr mövsümü başlayır

Hazırda oxunan: Sumqayıt sakinlərinə şad xəbər -Teatr mövsümü başlayır

146735
Son dövrlər Sumqayıt şəhəri genişmiqyaslı tikinti-abadlıq, sosial-mədəni quruculuq işləri ilə diqqət mərkəzindədir.

Ölkə başçısının diqqət və qayğısı nəticəsində şəhərdə yol infrastrukturu yenidən qurulur, çoxmənzilli binaların dam örtükləri yenilənir, yararsız vəziyyətdə olan liftlər müasirəri ilə əvəzlənir, binaların fasadları təmir olunur. xa0Bununla yanaşı Sumqayıt Şəhər Dənizkənarı Bulvar layihəsi uğurla həyata keçirilir, orijinal layihə əsasında tikilən Heydər Əliyev Mərkəzində, Şahmat və Musiqi məktəblərində işlər yekunlaşmaq üzrədir.

Son dövrlər həyata keçirilən mühüm işlərdən biri də 60 il öncə tikilmiş Sumqayıt Dövlət Dram Teatrının binasının əsaslı təmirinə başlanılması oldu.

Bu gün Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt Dövlət Dram Teatrınının binasında aparılan əsaslı təmir işlərinin gedişi ilə tanış olublar. xa0

Qeyd olunub ki, yüksək zövq və keyfiyyətlə aparılan təmir və yenidən qurma işləri yekunlaşmaq üzrədir. 500 yerlik tamaşa və 100 yerlik akt zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub. Burada ən müasir səs-akustika sistemi quraşdırılır. Layihəyə əsasən binanın bütün mühəndis-texniki qurğuları əsaslı surətdə yenidən qurulub.

Bildirilib ki, teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunur, mebellər tətbiqi sənətin qədim növü olan oyma üsulu ilə işlənir. Teatrın köhnə parket döşəməsi sökülərək, monolit dəmir-beton plitələrlə əvəzlənib, binadakı sütunlar isə mərmərdən düzəldilib. Binada tamaşaları bədii və texniki cəhətdən yüksək səviyyədə tamaşaçılara təqdim etmək üçün müasir avadanlıqlar, işıqlandırma sistemi quraşdırılıb.

Vurğulanıb ki, teatrın müasir üslubda yenidən qurulması Sumqayıt sakinlərinin sənətin ayrılmaz hissəsi olan teatra marağının atrmasına səbəb olacaq, şəhərin mədəni həyatı daha da canlanacaq.

DSC_0011DSC_0019DSC_0023DSC_0036DSC_0037

DSC_0071DSC_0041DSC_0049DSC_0052DSC_0065

DSC_0084
DSC_0088DSC_0092DSC_0095

DSC_0112DSC_0131DSC_0140

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO