25,5 min şəxsə əlillik təyin OLUNUB - RƏSMİ

25,5 min şəxsə əlillik təyin OLUNUB - RƏSMİ

Hazırda oxunan: 25,5 min şəxsə əlillik təyin OLUNUB - RƏSMİ

146214

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2023-cü ilin 6 ayında 25,5 min şəxsə əlillik təyin edilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 12,2 mininə ilkin, 13,3 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunur.
Son 6 ayda Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,1 min şəxs 38,6 min reabilitasiya vasitəsi ilə təmin edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO