Avtoxuliqanlıq edən beş nəfər həbs OLUNDU - VİDEO 

Avtoxuliqanlıq edən beş nəfər həbs OLUNDU - VİDEO 

Hazırda oxunan: Avtoxuliqanlıq edən beş nəfər həbs OLUNDU - VİDEO 
145186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün səhər saat 09:00 radələrində əsgər yola salma mərasimində avtoxul­iqanlıq hərəkətləri edərək, görüntüləri sosial mediada paylaşan Astara rayon sakinləri DYP əməkdaşları tərəfindən saxlanılıbla­r. 

Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya verilən xəbərə görə, hadisə Bakı-Astara şosesində baş veri­b. 

Belə ki, 1994-cü il təvəll­üdlü Məhərrəmov Vüsal İxtiyar oğlu, 1996­-cı il təvəllüdlü Mə­mmədov Eltun Firdovsi oğlu, 2000-ci il təvəllüdlü İdrisov Ra­qib Şadulla oğlu, 1996-cı il təvəllüdlü Qasımov Namiq Sərdar oğlu və 2000-ci il təvəllüdlü Zayidov İsaq Söhrab oğlu “VAZ 2107” markalı, 10-UP-384, 07-BJ-701 dövlət qeydiyyat nişanlı, “VAZ 2106 markalı” 07-BG-671, 66-BA-912 dövlət qeydiyyat nişanlı və “VAZ 21015” markalı, 07-BC-715 dövlət qeydiyyat nişanlı avtomobillərlə magistral yol­da təhlükəli manevrlərlə həm özlərinin, həm də digər yol hərək­ət iştirakçılarının həyat və sağlamlıqlarını təhlükəyə atıblar. 

Hadisədən sonra həmin şəxslər Baş DYP İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onların hər biri bir il müddətinə sü­rücülük hüququndan məhrum edilməklə yana­şı 15 sutka həbs cəz­ası alıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO