Şəkidə avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO  

Şəkidə avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO  

Hazırda oxunan: Şəkidə avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO  
143374
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan, avtomobildə konstruksiya dəyişikliyinə yol verən və bu kimi əməllərini sosial şəbəkələrdə paylaşan sürücü müəyyən olunaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Şəki şəhər sakini Elmir Hacıyev ön dövlət nömrə nişanı olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə intizamsızlıq edərək yol-hərəkəti qaydalarını kobud şəkildə pozub və onun avtoxuliqanlıq hərəkətləri vətəndaşların da haqlı narazılığına səbəb olub.

Həmin şəxs yol polisi əməkdaşları tərəfindən saxlanılıb və avtonəqliyyat vasitəsi özünün də iştirakı ilə müvəqqəti duracağa yerləşdirilib.

Elmir Hacıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub. 
Qeyd edək ki, Elmir Hacıyev son 1 il ərzində ayrı-ayrı vaxtlarda yol hərəkəti qaydalarını ümumilikdə 6 dəfə müxtəlif üsullarla pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib. 

Şəkidə avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO   - foto 1
Şəkidə avtoxuliqanlıq edən sürücü TUTULDU – FOTO   - foto 2

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO