Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası TƏSDİQLƏNDİ  

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası TƏSDİQLƏNDİ  

Hazırda oxunan: Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydası TƏSDİQLƏNDİ  
143072
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Məclis nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi qaydasını təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. 

Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya aşağıdakılar tərəfindən verilir: 

- nəqliyyat vasitələrinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs; 

"Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin II və III hissələrinə uyğun olaraq onların dövlət qeydiyyatını həyata keçirən aidiyyəti orqanlar tərəfindən: 

- Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən; 

- istismara yararsız vəziyyətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mühafizə olunan duracağında saxlanılan, əgər nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs yazılı şəkildə imtina edibsə. 

Nəqliyyat vasitələri utilizasiyaya verilməzdən əvvəl "Yol hərəkəti haqqında" Qanunun 27-ci maddəsinin IX-I və IX-II hissələri ilə müəyyən edilən qaydada dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. 
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO