AnadoluJet İzmir-Bakı uçuşlarına başlayıb

AnadoluJet İzmir-Bakı uçuşlarına başlayıb

Hazırda oxunan: AnadoluJet İzmir-Bakı uçuşlarına başlayıb
141822
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türk Hava Yollarının (THY) markası olan AnadoluJet İzmirdən Bakıya uçuşlara başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə THY mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, iyunun 16-dan etibarən İzmir Adnan Menderes Hava Limanı ilə Heydər Əliyev Beynəlxalq Aeroportu arasında həftədə üç gün qarşılıqlı uçuşlar həyata keçiriləcək. 

THY baş direktorunun kommersiya üzrə müavini Kərəm Sarp yeni uçuş nöqtəsi ilə qardaş Azərbaycanla əlaqələri daha da gücləndirməkdən məmnunluğunu ifadə edib.  

“Bir millət, iki dövlət olaraq gördüyümüz qardaş xalqları paytaxt Bakıya İstanbul və Ankaradan sonra İzmir üzərindən bağlanaraq salamlayırıq. Bununla Türkiyə ilə Azərbaycan arasında ticari və mədəni dostluğun möhkəmlənməsinə də imkan yaradırıq”, - deyə Kərəm Sarp vurğulayıb. 
AnadoluJet-in İzmir-Bakı reysləri ilə bağlı ətraflı məlumatı "anadolujet.com" internet ünvanından əldə etmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO