“Cyberpoint”lə “Kron” arasında Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi İMZALANDI

“Cyberpoint”lə “Kron” arasında Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi İMZALANDI

Hazırda oxunan: “Cyberpoint”lə “Kron” arasında Azərbaycan bazarı üçün tərəfdaşlıq müqaviləsi İMZALANDI

141409

Azərbaycanın aparıcı kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” MMC ilə dünyanın aparıcı “Privileged Access Management” (PAM) və kibertəhlükəsizlik həlləri təminatçısı “Kron”la arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Bizim.Media xəbər verir ki, əməkdaşlıq çərçivəsində “Kron”un kibertəhlükəsizlik həllərinin, xüsusilə “Privileged Account Access Security” məhsulunun Azərbaycanda satışı və istifadəsinin genişləndirilməsi hədəflənir.
 

MÖVZU İLƏ BAĞLI:

AzInTelecom və Cyberpoint kibertəhlükəsizlik sahəsində birgə fəaliyyət göstərəcək - FOTO


Əməkdaşlıq müqaviləsi Azərbaycanda şirkətlər və dövlət qurumları üçün kibertəhlükəsizlik məhsullarına çıxış imkanı yaratmaqla iki ölkə arasında informasiya texnologiyaları sahəsində biznes tərəfdaşlığını və kommersiya əlaqələrini daha da dərinləşdirəcək.

Bu saziş, həmçinin Azərbaycan və Türkiyə arasında texnologiya sahəsində əməkdaşlığı gücləndirəcək, bilik mübadiləsinə, təcrübənin ötürülməsinə və gələcək birgə layihələrin hazırlanmasına imkan verəcək.
Əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində sazişlə bağlı fikirlərini bölüşən “Kron”un baş direktoru Mete Sansal Azərbaycan bazarında məhsul satışı və xidmətlər üçün güclü, yüksək əlavə dəyərə malik kibertəhlükəsizlik xidməti təminatçısı olan “Cyberpoint” ilə əməkdaşlıqdan çox məmnun olduğunu vurğulayıb: 



“Biz iş ortağımızla Azərbaycanda kibertəhlükəsizlik sahəsində aktiv olmağı və qısa müddətdə bazar payımızı artırmağı hədəfləyirik”.

Həmçinin “Cyberpoint”in direktoru Fuad Niftəliyev qeyd edib ki, “Kron”un məlumat və giriş təhlükəsizliyi sahəsində təcrübəsi ilə birlikdə Azərbaycan şirkətlərinə ən yaxşı identifikasiya və giriş idarəetmə həlli təklif ediləcək:

“Bu iş ortaqlığı iki ölkə arasında texnoloji əlaqəni daha da gücləndirərək kibertəhlükəsizlik sahəsində yeni qapılar açacaq”.

PAM sahəsində Türkiyənin aparıcı həll istehsalçısı olan “Kron”, “Gartner” hesabatında ardıcıl olaraq iki dəfə yer alan ilk və yeganə türk şirkətidir. O cümlədən, şirkət “Kuppinger Cole”, “Forrester” kimi tədqiqat şirkətlərinin hesabatlarında dünyanın aparıcı “PAM” məhsul təminatçılarından biri kimi göstərilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda aparıcı kibertəhlükəsizlik şirkəti olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan “Cyberpoint” şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO