"Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli "Evrovision"da ona qarşı olan isti münasibətdən danışıb.
Moderator.az xəbər verir ki, ANS-də yayımlanan "Günəbaxan" verilişində S.Rəhimli bu barədə belə bildirib:
"Yalnız Azərbaycanda geyimim müzakirə obyekti seçildi. Xaricdə belə deyil. Orada o qədər pozetiv enerji aldım ki, neqativə vaxtım belə yox idi. 17-ci pillədə oldum, amma məni təbrik etdilər. "Səs Azərbaycan"da görmədiyim hörməti "Evrovision"da gördüm. Bizdə rəqabətə başqa cür baxırlar. Orada hər şey çox müsbət idi, məni çox istəyirdilər".



































































































