21 mindən çox şəxsə əlillik təyin EDİLİB - RƏSMİ

21 mindən çox şəxsə əlillik təyin EDİLİB - RƏSMİ

Hazırda oxunan: 21 mindən çox şəxsə əlillik təyin EDİLİB - RƏSMİ

141189

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may aylarında 21,4 min şəxsə əlillik təyin edilib. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, onlardan 10,1 mininə ilkin, 11,3 mininə isə təkrar əlillik təyinatı aparılıb. Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin olunub. 

Qeyd olunan dövrdə Agentliyin reabilitasiya müəssisələrində 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib, 5,4 min şəxsə 33,2 min reabilitasiya vasitəsi verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO