Bölgələr üzrə pensiyalar nə vaxt ÖDƏNİLƏCƏK? 

Bölgələr üzrə pensiyalar nə vaxt ÖDƏNİLƏCƏK? 

Hazırda oxunan: Bölgələr üzrə pensiyalar nə vaxt ÖDƏNİLƏCƏK? 

141159

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi iyun ayının 14-ü tarixinə nəzərdə tutulub. 

Bu barədə Bizim.Media-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilir. 

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. 

Xatırladaq ki, pensiyaların orta aylıq məbləği 18 faiz artaraq 433 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb. 

Bu ilin yanvar-may ayları ərzində 15,7 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 87,1 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO