Dənizkənarı Bulvar İdarəsinin Rəşad Məmmədova qarşı heç bir tələbi yoxdur

Dənizkənarı Bulvar İdarəsinin Rəşad Məmmədova qarşı heç bir tələbi yoxdur

Hazırda oxunan: Dənizkənarı Bulvar İdarəsinin Rəşad Məmmədova qarşı heç bir tələbi yoxdur

140368
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədovun və onunla birlikdə ittiham olunan iki nəfərin - İsfəndiyar İsfəndiyarovla Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Proses təqsirləndirilən Arzu Məmmədovun dövlət ittihamçısının suallarını cavablandırması ilə başlayıb. İbtidai istintqda verdiyi ifadənin əksinə olaraq, o, yenə də R.Məmmədu yalnız bir dəfə gördüyünü, zərərçəkən Zabil Salmanovla alqı-saqtı məsələsi barədə söhbəti isə bibisi oğlu İsfəndiyarın tapşırığı ilə apardığını qeyd edib. Bu zaman Zabilə heç bir təzyiq göstərmədiyini, vəd verib onu aldatmaq barədə qabaqcadan kimlərləsə razılığa gəlmədiyini bildirib.

Özünü yalnız alqı-satqı prosesində iştirak etdiyinə görə təqsirli sayan Arzu Məmmədov dayısı oğlunun bu məsələdə heç bir problem olmayacağı barədə onu arxayın saldığını deyib.

Sonra Dənizkənarı Bulvar İdarəsinin (Dövlət Bayrağı Kompleksi hazırda bu idarənin strukturuna daxildir) nümayəndəsi Hüseyn Əzimov məhkəmə heyətinə dəymiş zərərin ödənilməsi barədə məlumat verib və təmsil etdiyi qurumun Rəşad Məmmədova qarşı heç bir tələbinin olmadığını bildirib. 
Sonra prosesin iyunun 14-də davam etdiriləcəyi elan olunub.

...Məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edir, dövlət ittihamçısı Ramazan Hadıyevdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO