Ermənistanda ov zamanı kişi kənd sakinini GÜLLƏLƏDİ

Ermənistanda ov zamanı kişi kənd sakinini GÜLLƏLƏDİ

Hazırda oxunan: Ermənistanda ov zamanı kişi kənd sakinini GÜLLƏLƏDİ

636132

Sentyabrın 9-da Ermənistanın Ararat vilayətində fövqəladə hadisə baş verib.

Bizim.Media xəbər verir ki, “Shamshyan.com” kriminal xəbər saytının məlumatına görə, Ararat vilayətinin 38 yaşlı sakini Garik H. polisə müraciət edərək bildirib ki, Qarni yaşayış məntəqəsi yaxınlığındakı Eranos adlanan ərazidə ov zamanı ayağından güllə yarası alıb.

O, ayağından güllə yarası diaqnozu ilə “Artaşat” tibb mərkəzinə çatdırılıb.

Polis araşdırması zamanı müəyyən edilib ki, həmin gün Eranos adlanan ərazidə, Verin Dvin kəndinin inzibati ərazisində ov edən Ararat vilayətinin 39 yaşlı sakini Andranik K. sürüşərək yıxılıb və bu zaman öz adına qeydiyyatda olan “MR-155” markalı, 12 kalibrli ov tüfəngindən təsadüfən Garik H.-nin istiqamətinə atəş açıb. Nəticədə Garik H. yaralanıb.

Faktla bağlı Artaşat polis şöbəsində müvafiq sənədlər hazırlanaraq Ermənistan İstintaq Komitəsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO