Fuad Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Fuad Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Fuad Məmmədov yüksək vəzifəyə TƏYİN OLUNDU

636118

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Əmri ilə Fuad Məmmədov Agentlik sədrinin müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, F.Məmmədov 2010-2014-cü illərdə “Azersun Holding”də müxtəlif istehsalat müəssisələrində Proseslərə Nəzarət üzrə mühəndis və baş mühəndis vəzifələrində çalışıb.

2014-2017-ci illərdə “Azersun Holding”də Süd istehsalı üzrə menecer, 2017-2024-cü illərdə Süd zavodunun direktoru vəzifəsində fəaliyyət göstərib.

2024-cü ilin oktyabrından 2026-cı ilin iyun ayınadək “Azersun Holding”in Süd Məhsulları Biznes Sahəsinin direktoru vəzifəsində çalışıb.
 

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə Prezidentin müvafiq Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.


Xatırladaq ki, bundan öncə nazir M.Məmmədov Ramil Əzməmmədov və Ayaz Museyibovu özünə müşavir təyin etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO