Ağstafada sinif otağında barama qurdu yetişdirilir- FOTOLAR

Ağstafada sinif otağında barama qurdu yetişdirilir- FOTOLAR

Hazırda oxunan: Ağstafada sinif otağında barama qurdu yetişdirilir- FOTOLAR

139175
Ağstafa rayon Siracəddin Məmmədov adına Poylu kənd orta məktəbinin sinif otaqlarında barama qurdu yetişdirilir. xa0

Bu sensasiyalı məlumatı Moderator.az -a kənddə yaşayan sakinlər verib. Sakinlərin bildirdiyinə görə, məktəbdə barama qurdunun yetişdirilməsi tapşırığını icra başçısı verib. Övladları məktəbdə oxuyan valideyinlərin sözlərinə görə, kənd məktəbində barama qurdlarına olan qayğı onların övladlarına olan qayğıdan yüksəkdir. Belə ki, şagirdlərin sinif otaqlarının şüşələri sınıq olduğuna görə otaqlarda dərs keçmək çox çətindir.xa0

Ağstafa sakinlərinin verdiyi xəbərə görə, rayonun icra başçısı digər kəndlərdə hətta bağça və xəstəxanalarda belə barama qurdu saxlamaq tapşırığı verib. Moderator.az Ağstafanın digər kəndlərdə olan qurd yuvaları haqda məlumat və fotoları oxuculara təqdim edəcək.

P.S: Qarşı tərəfə cavab hüququ tanıdığımızı bildiririk və mövqeyini olduğu kimi işıqlandırmağa hazırıq.


`
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO