
- A-
- A
- A+
Cəmiyyət
18:42 / 27.05.2016
Habil Əliyevin qəbirüstü abidəsinin açılışı oldu - Fotolar
Hazırda oxunan: Habil Əliyevin qəbirüstü abidəsinin açılışı oldu - Fotolar
138525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Bu gün Fəxri xiyabanda görkəmli kamança ifaçısı, xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak edib.
Moderator.az xəbər verir ki, açılış mərasimində akademik, millət vəkili Rafael Hüseynov, xalq şairi Nəriman Həsənzadə, mərhumun oğlu Rəvan Habiloğlu və başqaları çıxış ediblər.
Qeyd edək ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Ustad sənətkarlar tarzən Qurban Pirimov və xanəndə Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların incəliklərini öyrənib. 50-ci illərin sonunda böyük sənət aləminə qədəm qoyan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin mahir ifaçısı kimi şöhrət tapıb. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib.
Daim ciddi yaradıcılıq axtarışları aparan sənətkar “Segah”x9d, “Şur”x9d, “Çahargah”x9d, “Rast”x9d, “Mahur”x9d, “Zəminxarə”x9d, “Bayatı-Qacar”x9d, “Bəstənigar”x9d muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.
Milli mədəniyyətimizin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev “Şöhrət”x9d və “İstiqlal”x9d ordenlərinə layiq görülüb.
Korifey sənətkar 2015-ci il sentyabrın 8-də, 89 yaşında vəfat edib.
Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































