Cəlilabadda baş verən qətlin TƏFƏRRÜATI

Cəlilabadda baş verən qətlin TƏFƏRRÜATI

Hazırda oxunan: Cəlilabadda baş verən qətlin TƏFƏRRÜATI
138444
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qarazəncir kəndində küçədə baş verib.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov aralarına yaranmış mübahisə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimova çox saylı bıçaq xəsarətləri yetirərək sonuncunu qətlə yetirib.
Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o hərəkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.

Rəşad Aslanov polisə gələrək könüllü təslim olub.

Hadisəni törədən şəxs bir neçə il imiş ki, Rusiyada yaşayırmış. O, bir neçə gün öncə vətənə qayıdıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

Xatırladaq ki, ötən gün 1985-ci il təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olmuşdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO