Metsamor AES-in bağlanması tələb edilir...

Metsamor AES-in bağlanması tələb edilir...

Hazırda oxunan: Metsamor AES-in bağlanması tələb edilir...

136418
Ermənistan Respublikasında yerləşən Metsamor Atom Elektrik Stansiyası Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilib.
 
İstismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də qəza baş verəcəyi təqdirdə, Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən  bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat Metsamor AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər. Bundan başqa, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların işğal altındakı Azərbaycan ərazilərində sərbəst fəaliyyəti  üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və “Ə-Qaidə”x9d kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə, nəyin baş verəcəyini təsəvvür etmək heç də çitin deyil.

 
Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop Metsamor”x9d kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqger “change.org”x9d saytında Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!”x9d petisiyası üzrə imza toplanmasına start verib:   
 
//www.change.org/p/world-community-we-want-the-metsamor-npp-of-armenia-to-be-closed-as-it-is-hazardous-for-the-world?source_location=petitions_share_skip
 
Əlavə olaraq sosial şəbəkələrdə - “Facebook”x9d və “Twitter”x9ddə Metsamor “Stop Metsamor!”x9d kampaniyasının xüsusi səhifələr yaradılıb:
 
 
twitter.com/StopMetsamor">//twitter.com/StopMetsamor

facebook.com/events/629474597206586">//www.facebook.com/events/629474597206586
 
Fəallar beynəlxalq ictimaiyyəti Metsamor AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar. (apa)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO