Sabah bu yollar bağlanacaq...

Sabah bu yollar bağlanacaq...

Hazırda oxunan: Sabah bu yollar bağlanacaq...

135852
Mayın 10-da Fəxri Xiyaban istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar, avtomobillərin istiqaməti müvəqqəti olaraq dəyişdiriləcək:

“Ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırırıq ki, paytaxtın Parlament prospektinin Mehdi Hüseyn küçəsi ilə kəsişməsindən, Hüseyn Cavid prospekti və Mikayıl Müşviq küçəsi ilə kəsişməsindən və digər kəsişən küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq”x9d.

V.Əsədov bildirib ki, sabah səhər 08:00-dan etibarən ziyarət başa çatana qədər bu istiqamətdə avtomobillərdən imtina edilməsi və ictimai nəqliyyat vasitələrdən istifadəyə üstünlük verilməsi tövsiyə olunur: “Ziyarətə qatılmaq istəyənlər isə ictimai nəqliyyatdan istifadə edə bilərlər”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO