Ötən il baş tutan AXCP-nin qurultayında Əli Kərimliyə qarşı yeganə alternativ olan Sahib Kərimli son zamanlar siyasi səhnədə az-az görünür. Maraqlıdır bunun səbəbi nədir?
Sahib Kərimli Moderator.az -a açıqlamasında bildirdi ki, o, hazırda prosesləri izləməklə məşğuldur:
“Prosesləri izləyirəm təbii ki. Daha çox şəxsi işlərimə vaxt ayırıram, kiçik bir kənd təsərrüfatı müəssisəsi yaratmaq istəyirəm. Mütaliə edirəm, üzərimdə işləməyə çalışıram. Partiyada sıravi üzv kimi qalıram, heç bir seçkili orqanda fəaliyyət göstərmirəm.
Qurultayda bəyan etdiyim kimi Əli Kərimlinin fəaliyyətini 2018 -ci ilin Prezident seçkilərindən sonra təftiş edəcəm. O zamana kimi indiki sədr haqqında heç bir tənqidi ifadə səsləndirməyəcəm.”x9d


































































































