DİM imtahan keçirdi, 1 nəfər iştirak etdi

DİM imtahan keçirdi, 1 nəfər iştirak etdi

Hazırda oxunan: DİM imtahan keçirdi, 1 nəfər iştirak etdi

13408

Dövlət İmtahan Mərkəzində növbəti GRE: General test imtahanı keçirilib.

Bizim.Media əbər verir ki, imtahan bu gün DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil Nazirliyindən III, VI və VII siniflər üçün qərar


COVID-19-la əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İmtahanda 1 nəfər iştirak edib. İmtahan nəticələrini 10-15 gün ərzində ETS-in saytında onlayn şəkildə öyrənmək mümkündür.

Növbəti GRE imtahanının martın 26-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə etmək mümkündür:

//www.dim.gov.az/activities/exams/GRE/

Qeyd edək ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsilini almaq üçün tələb olunur və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

GRE: ümumi testi 160-dan çox ölkənin 1000-dən artıq test mərkəzində keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO